BAKI, 12 aprel. TELEQRAF

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 11-də ümumi çəkisi 38,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqrama yaxın heroin, 36,7 kiloqramdan çox marixuana və metamfetamin olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.