
BAKI, 7 aprel. TELEQRAF
ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, milyarder İlon Mask Prezident Donald Trampın tarif siyasəti ilə razılaşmadığını açıqlayıb.
Teleqraf xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında bildirib.
“Avropa İttifaqı (Aİ) və ABŞ sıfır tariflərlə azad ticarət rejiminə keçməlidir”, - Mask qeyd edib.