AĞSTAFA, 29 mart. TELEQRAF

Ağstafada yol qəzası baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Xətai kəndində qeydə alınıb.

Sürücü E.Mamayev idarə etdiyi "Mercedes" markalı avtomobilin idarə etməsini itirib və maşın ağaca çırpılıb. 2005-ci il təvəllüdlü sürücü hadisə yerində vəfat edib.

Qeyd edək ki, ölən şəxs Bakı Dövlət Universitetinin Qazax filialının üçüncü kurs tələbəsidir.

https://telegram.org/js/telegram-widget.js?22