GÖYGÖL, 27 mart. TELEQRAF

Göyöldə iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Qızılca qəsəbəsində qeydə alınıb.

Belə ki, 99 CR 806 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil 90 KP 870 dövlət nömrə nişanlı "Land Rover Frelander" markalı avtomobillə toqquşub.

İlkin məlumata görə, qəzaya "Mercedes" markalı avtomobilin ötmə əməliyyatını edərkən "Land Rover Frelander"in yoluna çıxması səbəb olub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.