GƏNCƏ, 27 mart. TELEQRAF

Gəncədə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

1 saylı sərnişin daşıyan mikroavtobusun minik maşını ilə toqquşub.

Qəza nəticəsində 42 yaşlı Tamilə Orucova və Zahirə Bayramova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.

Onların müalicəsi davam edir.