BAKI, 17 mart. TELEQRAF

Salyan rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Salyan rayonunun Xələc kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.