​BAKI, 5 mart. TELEQRAF

Baş nazir Əli Əsədov Neft Emalı Zavodunda yanğın baş verən ərazidə olub.

Teleqraf-ın hadisə yerində olan müxbiri xəbər verir ki, o, yanğının söndürülməsi prosesi ilə tanış olub.

Qeyd edək ki, martın 5-də Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, polis əməkdaşları, təcili tibbi yardım briqadaları cəlb olunub.

FHN-nin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının genişlənməsinə imkan verilməyib, qısa müddətdə yanğın məhdudlaşdırılıb və söndürülüb.