BAKI, 21 fevral. TELEQRAF

Amerikalı iş adamı İlon Maskın "Falcon 9" raketinin yanacaq çəni Polşa sakininin həyətinə düşüb.

Teleqraf "Daily Mail"ə istinadən xəbər verir ki, hadisə fevralın 19-da baş verib.

Polşalı Adam Boruçki evinin yaxınlığında gurultu səsi eşidib. Kişi həyətə çıxanda hasarın yanında yanacaq çəninə oxşayan əşya görüb. O, polisə müraciət edib.

Araşdırmalar zamanı həyətə düşən əşyanın amerikalı sahibkar İlon Maska məxsus "SpaceX" şirkəti tərəfindən yaradılmış "Falcon 9" raketinin bir hissəsi olduğu dəqiqləşdirilib.

"Biz obyektin bu yerə necə düşdüyünü araşdırırıq, amma əsas odur ki, heç kim xəsarət almayıb", - hüquq-mühafizə orqanlarının nümayəndələri bildiriblər.

Hazırda Polşa Kosmik Agentliyi hadisəni araşdırır.