Novruz bayramı günlərində insanların istirahətdə olmasından istifadə edərək evləri talayan şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, paytaxtın Nizami rayonu ərazisində silsilə oğurluq hadisəsi qeydə alınıb.

Naməlum şəxs 3 vətəndaşın mənzilindən pul, qızıl-zinət və digər dəyərli əşyaları ələ keçirib.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisələri törədən, əvvəllər dəfələrlə məhkum olunmuş Yalçın Səfərov saxlanılıb.

Onun paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.