MİNGƏÇEVİR, 4 avqust. TELEQRAF

Mingəçevirdə gəncin atdan yıxılması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Teleqraf-ın Mərkəzi Aran bürosunun xəbərinə görə, hadisə şəhərin Energetik yaşayış massivində qeydə alınıb.

2005-ci il təvəllüdlü Amil Zöhrab oğlu Allahverdiyev at belində olarkən müvazinətini itirərək sərt şəkildə yerə yıxılıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin məlumatına görə, onun vəziyyəti ağır qiymətləndirilir.