CƏLİLABAD, 7 avqust. TELEQRAF
Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Cənub bürosunun məlumatına görə, qəza rayonun Soltankənd–Zəhmətabad avtomobil yolunda qeydə alınıb.
İlkin məlumata əsasən, hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi təxminən 50 metr hündürlükdən dərəyə aşıb.
Hadisə zamanı avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlar Yardımlı rayon sakini, 1980-ci il təvəllüdlü Elburus Qafarov, Sumqayıt şəhər sakinləri – 2003-cü il təvəllüdlü Zəhra Qafarova, 2012-ci il təvəllüdlü Samir Qafarov və 2025-ci il təvəllüdlü Məryəm Məmmədovadır.
Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.