BAKI, 3 avqust. TELEQRAF

Lənkəran rayonu, Osaküçə kəndi istiqamətində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən yayılma riskinin yüksək olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Teleqraf xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidməti məlumat yayıb.

****

20:15

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar xəttinə Lənkəran şəhəri, Osaküçə kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Cənub Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.