BAKI, 8 avqust. TELEQRAF
Rusiya Silahlı Qüvvələri avqustun 7-si axşam saatlarından etibarən Ukraynaya Bryansk vilayəti istiqamətindən 6 “İsgəndər-M” ballistik və S-400 zenit-idarəolunan raketləri, həmçinin 151 dronla hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Hava hücumunun qarşısını Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası, zenit-raket qoşunları, radioelektron mübarizə və pilotsuz sistem bölmələri, mobil atəş qrupları alıb.
Ukraynanın şimal, cənub və şərqində 135 dron vurulub və ya elektron vasitələrlə zərərsizləşdirib.
12 yaşayış məntəqəsinə raketlər və 13 zərbə PUA-sı düşüb. Bir neçə raket hədəfinə çata bilməyib. Məlumat dəqiqləşdirilir.
Hücum davam edir və hava məkanında hələ də Rusiya dronları uçur.