BAKI, 6 avqust. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bərdə rayonunun Zümürxan kəndi ərazisində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Bərdə Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 800 kv.m. quru ot və kol-kos yanıb.

Ağaclar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.