TOVUZ, 5 avqust. TELEQRAF

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosunun xəbərinə görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Gülxanım İsmayılovanı avtomobil vurub.

Müxtəlif bədən xəsarətləri alan qadın təcili olaraq xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, 64 yaşlı yaralının vəziyyəti ağır qiymətləndirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.