Şabran rayonunda meşə massivi yanır.

Teleqraf.com xəbər verir ki, yanğın rayonun Ağalıq kəndində baş verib.

İlkin məlumata görə, kənd sakinləri biçilmiş taxıl sahələrinə od vurublar. Daha sonra yanğının miqyası genişlənib.

Güclü yanğın nəticəsində magistral yol bağlanıb, bölgədəki bir sıra ictimai-iaşə obyektləri yanıb.