BAKI, 19 noyabr. TELEQRAF
İtaliyalıların 58 faizi Ukraynaya silah göndərilməsinin, 39 faizi isə Kiyevin maliyyələşdirilməsinin davam etdirilməsinin əleyhinə çıxıb.
Teleqraf xəbər verir ki, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti "Youtrend" rəy sorğusunun nəticələrinə istinadən məlumat yayıb.
Sorğuda iştirak edənlərin 19 faizi silah tədarükünü dayandırmağın, lakin maliyyə dəstəyini davam etdirməyin vacib olduğunu düşünür. Respondentlərin 20 faizindən bir qədər çoxu isə hərbçi göndərməmək şərti ilə Kiyevin silahla təchizatının davam etdirilməsini dəstəkləyir.
Nəşr qeyd edir ki, ölkənin əsas media orqanlarının 90 faizinin Ukraynaya dəstək mövqeyini müdafiə etməsinə və fərqli düşünənləri tənqid etməsinə baxmayaraq, sorğuda bu cür nəticələrin ortaya çıxması diqqətçəkəndir.
"Youtrend" sorğusunun iştirakçılarının yalnız 4 faizi ən döyüşkən əhval-ruhiyyəli siyasətçilərin mövqeyini dəstəkləyir.
Qeyd edək ki, sorğu noyabrın 14-dən 16-dək CAWI metodikası ilə onlayn formatda keçirilib.