BAKI, 18 noyabr. TELEQRAF
Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın xəbərinə görə, hadisə Moskva prospekti 45 ünvanında tunelin girişində qeydə alınıb.
Qaçayev Qismət Maxsud oğlu idarə etdiyi “Toyota” markalı avtomobil ilə hərəkətdə olarkən Ağaverdiyev Asif Əliheydər oğlunun idarə etdiyi “Dayun DY-156-ES” markalı motosikletlə toqquşub.
Nəticəsində Asif Ağaverdiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Fakta görə Yasamal RPİ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.