BAKI, 9 iyul. TELEQRAF
İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqor məğlubedilməz qazaxıstanlı Şavkat Raxmonovla mümkün döyüş barədə danışıb.
Teleqraf xəbər verir ki, Makqreqor hazırda bu qarşılaşma barədə düşünmədiyini bildirib.
"Onun ağır zədə aldığını və hazırda bərpa olunduğunu bilirəm. İndi ümumiyyətlə onun haqqında düşünmürəm. Qarşıda onu hələ çox iş gözləyir. Mənə nə təklif edə bilər? Bu döyüşü nəzərdən keçirməyim üçün əvvəlcə çempionluq kəmərini qazanmalıdır. Amma pis döyüşçü deyil", - deyə irlandiyalı idmançı vurğulayıb.
Qeyd edək ki, Konor Makqreqor iyulun 12-də ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək UFC 329 turnirində amerikalı Maks Holloueylə üz-üzə gələcək.