BAKI, 10 iyul. TELEQRAF

Bakıda boks üzrə İBA Çempionlar Gecəsinə yekun vurulub.

Teleqraf xəbər verir ki, gecənin son döyüşündə Sübhan Mamedov Riçard Qarde (Flippin) ilə qarşılaşıb.

Gecənin əsas döyüşündə Sübhan Mamedov rəqibini 4-cü raundda texniki qələbə ilə məğlub edib.

***

22:52

Növbəti təmsilçimiz Çempionlar Gecəsində rinqə çıxıb.

Teleqraf xəbər verir ki, Səidcəmşid Cəfərov 72 kq çəki dərəcəsində Nikolay Vesyalovla (Belarus) münasibətlərə aydınlıq gətirib.

6 raundun sonunda təmsilçimiz qələbə qazanıb.

***

22:29

Çeerav Aşalayev (Rusiya) və Mixail Dolqolevets 76kq çəki dərəcəsində üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, 8 raundluq görüşdə sevinən tərəf Rusiya təmsilçisi olub.
***

21:33

Bakıda keçirilən İBA Çempionlar Gecəsi davam edir.

Teleqraf xəbər verir ki, gecənin növbəti döyüşündə U-23 Avropa çempionatının yarımfinalçısı Nəbi İsgəndərov (70 kq) Hikmət Qarayevlə (Rusiya) gücünü yoxlayıb.

Qarşılaşma heç-heçə ilə yekunlaşıb.

***

20:59

Bakıda keçirilən İBA Çempionlar Gecəsinda daha bir təmsilçimiz rinqə çıxıb.

Teleqraf xəbər verir ki, Avropa Oyunlarının üçüncüsü Tayfur Əliyev (60 kq) Xurşidbek Rasuljonovla (Özbəkistan) qarşılaşıb.

Görüş heç-heçə ilə yekunlaşıb.

***

20:18

Boks üzrə İBA Çempionlar gecəsində ilk döyüş başa çatıb.

Teleqraf xəbər verir ki, turnirin açılış qarşılaşmasında təmsilçimiz Sərxan Əliyev qazaxıstanlı Nurtas Ajbenovla üz-üzə gəlib.

6 raund keçən döyüşdə Əliyev rəqibini məğlub edib.

***

19:43

Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçirilir.

Teleqraf xəbər verir ki, ilk dəfə “Sea Breeze Resort”da təşkil olunan yarışda dünyanın güclü boksçularının iştirakı ilə 6 döyüş baş tutacaq.

Bu görüşlərin 5-də Azərbaycan idmançıları da təmsil olunacaq.

47,6 kq-da dünya çempionumuz Sübhan Mamedov Riçard Qarde ilə (Filippin) üz-üzə gələcək. Dünya çempionatının mükafatçıları Sərxan Əliyevlə (70 kq) Səidcəmşid Cəfərov (72,6 kq) müvafiq olaraq, Nurtas Ajbenov (Qazaxıstan) və Nikolay Vesyalov (Belarus) ilə qarşılaşacaq.

Avropa Oyunlarının üçüncüsü Tayfur Əliyev (60 kq) Xurşidbek Rasuljonovla (Özbəkistan), U-23 Avropa çempionatının yarımfinalçısı Nəbi İsgəndərov (70 kq) Hikmət Qarayevlə (Rusiya) gücünü yoxlayacaq.

Boksçularımızın hər birinin döyüşü 6 raunddan ibarət olacaq.

Digər görüşdə isə Çeerav Aşalayevlə (Rusiya), 76,2 kq, Mixail Dolqolevets (Belarus) münasibətinə aydınlıq gətirəcək. Bu qarşılaşma 8 raund davam edəcək.