BAKI, 10 iyul. TELEQRAF

“Döyüş çox yaxşı keçdi. Yaxşı formada idik. Qarşılaşma düşündüyümüz kimi gedirdi. Düşünürəm ki, dördüncü raunddan başqa bütün raundlarda qələbə qazanmışdım”.

Teleqraf xəbər verir ki, bunu U-23 Avropa çempionatının yarımfinalçısı Nəbi İsgəndərov deyib.

70 kq çəki dərəcəsində çıxış edən idmançı Rusiya təmsilçisi Hikmət Qarayevlə gücünü yoxlayıb. Qarşılaşma heç-heçə ilə yekunlaşıb.

İsgəndərov hakimlərin qərarından narazı qaldığını bildirib:

“Ring üstünlüyü bizdə idi. Amma hakimlərin səhv qərarı ilə döyüş bərabərə verildi. Mən bundan razı deyiləm. Hamı gördü ki, qələbə qazanmışdım. Hakimlər döyüşü heç-heçə qiymətləndirdilər”.

Qeyd edək ki, Nəbi İsgəndərov U-23 Avropa çempionatının yarımfinalçısıdır.