BAKI, 27 iyul. TELEQRAF
Bu gün Bakıda 17 yaşadək yeniyetmələr arasında güləş üzrə dünya çempionatı start götürür.
Teleqraf xəbər verir ki, avqustun 2-dək davam edəcək mundialın ilk yarış günündə yunan-Roma güləşi üzrə təsnifat və 1/8 final görüşləri keçiriləcək.
Azərbaycan millisi ilk gündə 5 idmançı ilə mübarizəyə qoşulacaq.
Təsnifat mərhələsi
55 kq
Qurban Məcnunov – Alixan Minazarov (Qırğızıstan)
65 kq
Orxan Həbibli – Qaspar Sançez (Çexiya)
80 kq
İsfahan Həsənov – Toma Yelenç (Xorvatiya)
110 kq
Emin Baxşəliyev – Andrey Simiç (Serbiya)
1/8 final
48 kq
Ömər Salmanov – Avinaş Çetake (Hindistan)
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçiriləcək U-17 dünya çempionatı 60-dan çox ölkədən 700-ə yaxın güləşçini bir araya gətirəcək. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunacaq.