BAKI, 12 iyul. TELEQRAF
UFC tək bir tədbir üçün bilet satışından əldə edilən gəlir üzrə yeni rekord müəyyənləşdirib.
Teleqraf xəbər verir ki, bu göstərici Las-Veqasda keçirilən UFC 329 turnirində qeydə alınıb.
UFC prezidenti Dana Uaytın açıqlamasına görə, turnirdən bilet satışı üzrə 26,4 milyon dollar gəlir əldə olunub. Bu, promosyon tarixində ən yüksək nəticədir.
Əvvəlki rekord UFC 306 turnirinə məxsus idi. Sfera arenasında keçirilən həmin tədbir UFC-yə 22 milyon dollar qazandırmışdı.
Qeyd edək ki, UFC 329 turnirinın əsas döyüşündə Konor Makqreqor Maks Holloveyə məğlub olub. Gecəni arenadan 20 076 azarkeş izləyib.