BAKI, 27 iyul. TELEQRAF
Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatına start verilib.
Teleqraf xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın üç yunan-Roma güləşçisi yarımfinala yüksəlib.
Ömər Salmanov (48 kq), Orxan Həbibli (65 kq) və İsfahan Həsənov (80 kq) finala vəsiqə uğrunda mübarizə aparacaqlar.
Təmsilçilərimiz 1/4 finalda müvafiq olaraq iranlı İsmaili Leivesi, özbəkistanlı Sardor Mahmudov və türkiyəli Abdulxaliq Balı məğlub ediblər.
Bu gün mübarizəyə qoşulan digər iki Azərbaycan güləşçisindən Emin Baxşəliyev (110 kq) təsnifat mərhələsində, Qurban Məcnunov (55 kq) isə 1/8 finalda uduzub.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına avqustun 2-də yekun vurulacaq.