BAKI, 12 iyul. TELEQRAF

İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqor Maks Holloveyə məğlubiyyətindən sonra açıqlama verib.

Teleqraf xəbər verir ki, Las-Veqasda keçirilən UFC 329 turnirində Makqreqor amerikalı rəqibinə uduzub.

İrlandiyalı döyüşçü birinci raundun ikinci dəqiqəsində aldığı zədə səbəbindən qarşılaşmanı davam etdirə bilməyib.

Makqreqor döyüşə zədəli çıxdığı barədə iddiaları təkzib edib:

“Bu döyüşə çox yaxşı hazırlaşmışdım. Baş verənlərə inana bilmirəm. Döyüşə zədəli girdiyim barədə deyilənlər tamamilə cəfəngiyatdır. Sakit, hazırlıqlı və özüməinamlı idim. Baş verənlərə görə şokdayam. Amma bunun öhdəsindən gələcəyəm. Məni dayandırmayacaqlar, geri qayıdacağam”.

Qeyd edək ki, Holloveylə döyüş Makqreqorun 2021-ci ildə Dastin Puaryeyə qarşı qarşılaşmada ayağından ciddi zədə almasından sonra ilk çıxışı olub.