BAKI, 9 iyul. TELEQRAF
Boks üzrə keçmiş dünya çempionu, əfsanəvi amerikalı idmançı Roy Cons Azərbaycana gələcək.
Teleqraf xəbər verir ki, o, "Sea Breeze Resort"da keçiriləcək Çempionlar Gecəsində iştirak edəcək.
Azərbaycanlı dünya çempionu Sübhan Məmmədov rinqə məhz Roy Consun müşayiəti ilə çıxacaq.
Qeyd edək ki, iyulun 10-da təşkil olunacaq Çempionlar Gecəsi saat 19:00-da başlayacaq.