BAKI, 16 iyul. TELEQRAF
“Qarabağ” bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda İslandiyanın “Vestri” komandası ilə üz-üzə gələcək.
Teleqraf xəbər verir ki, qarşılaşma Reykyavikdəki “Trottarvöllur” stadionunda keçiriləcək.
Oyunu Çexiyadan olan baş hakim Marek Radina idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Azərbaycan təmsilçisi Bakıda keçirilən ilk matçda rəqibini 3:0 hesabı ilə məğlub edib.
“Qarabağ” iki oyunun nəticəsinə əsasən “Vestri” səddini keçəcəyi təqdirdə, II təsnifat mərhələsində ÇSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
UEFA Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunu
16 iyul
00:00. “Vestri” – “Qarabağ”
Baş hakim: Marek Radina (Çexiya).
“Trottarvöllur” (Reykyavik).