BAKI, 5 noyabr. TELEQRAF
"Vikinq" "Sabah"la oyunda hesabı bərabərləşdirib.
Teleqraf xəbər verir ki, 27-ci dəqiqədə Erik Botheim hesaba tarazlıq gətirib.
***
00:12
"Vikinq" - "Sabah" matçında hesab açılıb.
Teleqraf xəbər verir ki, Bakı təmsilçisi səfərdə fərqlənib.
"Bayquşlar"ın qolunu 11-ci dəqiqədə Orfe Mbina vurub.
***
00:00
“Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV tur oyununa başlayıb.
Teleqraf xəbər verir ki, Azərbaycan təmsilçisi səfərdə Norveç çempionu “Vikinq”lə qarşılaşır.
Stavanger şəhərindəki “Lyse Arena” stadionunda keçirilən görüşü Niderland Futbol Federasiyasından Sander van der Eyk idarə edir.
Qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da start verilib.
Qeyd edək ki, “Sabah” turnirdə keçirdiyi üç oyundan sonra bir qələbə və iki məğlubiyyətlə 3 xala malikdir. “Vikinq”in isə aktivində 1 xal var.