BAKI, 5 noyabr. TELEQRAF
“Sabah” Norveçə yaxşı hazırlaşaraq gəlmişdi. Lakin Çempionlar Liqasında hər bir səhv baha başa gəlir.
Teleqraf xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində Norveçin “Vikinq” komandasına qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.
“Bura Çempionlar Liqasıdır və burada bütün oyunlar çətin keçir. Norveçə yüksək səviyyədə hazırlaşaraq gəlmişdik. İlk hissədə tamamilə bərabər mübarizə getdi. Hər iki komanda yaratdığı qol imkanlarından istifadə etdi. İkinci hissədə isə daha açıq oyun izlədik. Rəqib təkbətək mübarizələrdə daha üstün idi. Belə qarşılaşmalarda sürət amilinə xüsusi diqqət yetirmək lazımdır”.
Baş məşqçi buraxılan səhvlərin məğlubiyyətdə həlledici rol oynadığını bildirib:
“Təəssüf ki, buraxdığımız qol bizi məğlubiyyətə apardı. Halbuki azlıqda qalsaq da, yaxşı mübarizə aparırdıq. Dediyim kimi, bura Çempionlar Liqasıdır və burada səviyyə tamamilə fərqlidir. Kiçik bir səhv belə qapımızda qolla nəticələnə bilər”.