BAKI, 15 iyul. TELEQRAF

DÇ-2026-nın yarımfinal mərhələsində keçirilən İngiltərə - Argentina matçının ilk hissəsi başa çatıb.

Teleqraf xəbər verir ki, komandalar fasiləyə 0:0 hesabı ilə yollanıblar.

***

23:00

DÇ-2026-nın yarımfinal mərhələsində İngiltərə və Argentina milliləri arasında oyun başlayıb.

Teleqraf xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Bu görüşün qalibi finalda İspaniya millisi ilə qarşılaşacaq.

Məğlub komanda isə üçüncü yer uğrunda oyunda Fransa ilə üz-üzə gələcək.