BAKI, 15 iyul. TELEQRAF
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında bu gün ikinci finalçı müəyyənləşəcək.
Teleqraf xəbər verir ki, yarımfinalın ikinci oyununda İngiltərə və Argentina milliləri üz-üzə gələcəklər.
Atlanta stadionunda keçiriləcək qarşılaşmanı ABŞ-dan olan FIFA referisi İsmayıl Elfath idarə edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu görüşün qalibi iyulun 19-da keçiriləcək finalda İspaniya ilə qarşılaşacaq. Məğlub tərəf isə Fransa ilə üçüncü yer uğrunda mübarizə aparacaq.
DÇ-2026
Yarımfinal
15 iyul
23:00. İngiltərə – Argentina
Atlanta stadionu
Qeyd edək ki, dünya çempionatının final oyunu iyulun 19-da keçiriləcək.