BAKI, 14 iyul. TELEQRAF
“Sabah” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində cavab oyununu keçirib.
Teleqraf xəbər verir ki, Azərbaycan təmsilçisi səfərdə Uels çempionu TNS-lə qarşılaşıb. Matç “Sabah”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bakıdakı ilk görüşdə 2:0 hesabı ilə qalib gələn “Sabah” iki oyunun nəticəsinə əsasən rəqibini 4:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, “Sabah” II təsnifat mərhələsində Finlandiyanın "Kups" klubu ilə qarşılaşacaq.
***
23:15
TNS "Sabah"la matçda fərqi azaldıb.
Teleqraf xəbər verir ki, 89-cu dəqiqədə Coş Lok hesabı 1:2 edib.
***
22:32
TNS - “Sabah” matçında ikinci hissə başladı.
***
22:17
TNS - “Sabah” matçında ilk hissə başa çatıb.
Teleqraf xəbər verir ki, Masazır təmsilçisi fasiləyə öndə yollanıb - 1:0.
Azərbaycan çempionunun ilk qolunu 29-cu dəqiqədə Mikels vurub. 42-ci dəqiqədə isə Daşdəmirov fərqi 2-yə çatdırıb.
***
22:12
”Sabah” TNS-lə fərqi 2-yə çatdırıb.
Teleqraf xəbər verir ki, 42-ci dəqiqədə Rəhman Daşdəmirov fərqlənib.
***
21:58
“Sabah” TNS-lə oyunda hesabı açıb.
Teleqraf xəbər verir ki, 28-ci dəqiqədə Coy Lens Mikels komandasını hesabda önə keçirib.
***
21:30
“Sabah” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır.
Teleqraf xəbər verir ki, Azərbaycan təmsilçisi səfərdə Uels çempionu TNS ilə qarşılaşır.
Osvestri şəhərində yerləşən “Park Hall” stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 21:30-da başlayıb. Matçı İspaniyadan olan baş hakim Mateo Buskets Ferrer idarə edir.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyunda “Sabah” 2:0 hesablı qələbə qazanıb.
Bu cütün qalibi II təsnifat mərhələsində “Vardar” (Şimali Makedoniya) – “KuPS” (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.