BAKI, 29 aprel. TELEQRAF
PSJ-nin fransalı qapıçı Lyuka Şevalye yay transfer pəncərəsində klubunu dəyişə bilər.
Teleqraf xəbər verir ki, insayder Nikolo Skira məlumat yayıb.
Buna səbəb 24 yaşlı futbolçunun Paris təmsilçisinin heyətində əsas qapıçıya çevrilə bilməməsi və mövsüm ərzində rəqabətdə rusiyalı Matvey Safonova uduzmasıdır.
Qolkiperin yayda İngiltərənin “Tottenhem” klubuna keçə biləcəyi ilə bağlı xəbərlər yayılıb.
Qeyd edək ki, Lyuka Şevalye sonuncu dəfə bu ilin yanvar ayında meydana çıxıb. O, cari mövsüm bütün turnirlərdə Paris klubunun heyətində 17 oyun keçirib. Qapıçı 2025-ci ilin yayında “Lill”dən PSJ-yə transfer olunan qolkiperin klubla müqaviləsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub.