BAKI, 16 aprel. TELEQRAF
İngiltərə təmsilçisi “Liverpul”un və Fransa millisinin futbolçusu Uqo Ekitikenin son durumu açıqlanıb.
Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı hücumçuda axilles vətərinin qopması aşkarlanıb.
Bu səbəbdən o, mövsümün qalan hissəsini buraxacaq. Eyni zamanda Ekitike yayda keçiriləcək dünya çempionatında Fransa millisinin heyətində yer ala bilməyəcək.
Xatırladaq ki, Uqo Ekitike Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində PSJ ilə cavab matçında zədələnib.
Cari mövsüm “Liverpul”un heyətində 45 oyuna çıxan Ekitike 17 qol vurub və 6 məhsuldar ötürmə edib. Transfermarkt portalına görə, onun bazar dəyəri 90 milyon avro təşkil edir.