BAKI, 18 fevral. TELEQRAF

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Nyukasl” klubu ilə ilk oyununa çıxacaq.

Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 21:45-də səslənəcək.

Görüşün baş hakimi norveçli FIFA referisi Espen Eskas olacaq.

Qeyd edək ki, “Nyukasl” turnirin əsas mərhələsini 14 xalla 12-ci, “Qarabağ” isə 10 xalla 22-ci pillədə başa vurub. Komandalar arasında keçiriləcək cavab oyunu fevralın 24-də İngiltərədə baş tutacaq.