BAKI, 26 yanvar. TELEQRAF
İngiltərənin “Çelsi” klubu Çempionşip təmsilçisi “Şeffild Uensdey”in futbolçusu İsa Alaonu transfer edib.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı ingilis müdafiəçi London təmsilçisi ilə 2028-ci ilin yayına qədər müqavilə imzalayıb.
Transfermarkt portalının məlumatına görə, "Çelsi" oyunçu üçün 500 min funt-sterlinq (təxminən 580 min avro) ödəyib.
Qeyd edək ki, cari mövsümdə Alao “Şeffild Uensdey”in heyətində bütün turnirlər üzrə 6 oyunda iştirak edib.