BAKI, 15 sentyabr. TELEQRAF

“Konstitusiyada qırmızı xətlər, eləcə də hər bir şəxsin və qurumun qərarların qəbulunda yeri müəyyən edilib, xarici siyasət və müharibə məsələlərində son sözü hansı şəxsin və hansı qurumun deməli olduğu bəllidir”.

Teleqraf xəbər verir ki, bunu İranın I vitse-prezidenti Məhəmmədrza Arif deyib.

“Müharibə şəraitinə baxmayaraq, hökumət cəmiyyətdə sabitliyin qorunması üçün çalışdı. Ölkənin məsələləri ilə bağlı fikir ayrılıqları mövcuddur və bunlar barədə bir-birimizlə danışmalıyıq”, - o bildirib.

Məhəmmədrza Arif qeyd edib ki, şəxsləri təhqir etməkdən çəkinmək və onlara hörmətsizlik etməmək lazımdır.

İranın vitse-prezidenti əlavə edib ki, bahalaşma kimi problemlər sosial həmrəyliyi pozmamalıdır.