BAKI, 15 sentyabr. TELEQRAF

“Rusiyanın Gümrü şəhərindəki 102-ci hərbi bazası Ermənistana baha başa gəlir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Vaaqn Aleksanyan deyib.

“Əgər Rusiya hərbi bazanı çıxarmaq istəyirsə, bunu bəyan etməlidir. Əgər etmirlərsə, bu da müzakirə olunmalıdır. Biz bunu müzakirə etməyə hazırıq”, - o bildirib.