BAKI, 26 yanvar. TELEQRAF
2025/2026 mövsümündə “Sanderlend” İngiltərə çempionatında öz meydanında hələ də məğlub olmayan yeganə komandadır.
Teleqraf xəbər verir ki, komanda Premyer Liqada XXIII tur ərzində doğma meydanda keçirdiyi heç bir oyunda uduzmayıb.
“Sanderlend” ev oyunlarında keçirdiyi 11 qarşılaşmada 6 qələbə qazanıb, 5 dəfə isə heç-heçə edib.
Qeyd edək ki, öz meydanındakı oyunlardan topladığı xallara görə “Sanderlend” 23 xalla Premyer Liqada 5-ci pillədə qərarlaşıb. Səfər oyunları da nəzərə alınmaqla isə turnir cədvəlində 10-cu yerdədir.