BAKI, 26 yanvar. TELEQRAF

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, O, UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Panatinaikos” (Yunanıstan) – “Roma” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.

Görüş yanvarın 29-da Afina şəhərində yerləşən Olimpiya Stadionunda keçiriləcək.