BAKI, 26 yanvar. TELEQRAF
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turu çərçivəsində keçiriləcək "Liverpul"la oyun üçün İngiltərəyə yola düşüb.
Teleqraf xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesabında məlumat verilib.
Xatırladaq ki, "Liverpul" - "Qarabağ" matçı yanvarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə 00:00-da start götürəcək.