BAKI, 26 yanvar. TELEQRAF

"Sabah" futbolçusu Ayaz Quliyevlə yollarını ayırıb.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Quliyev 2023-cü ildən "Sabah"da çıxış edirdi. O, bu müddətdə komandanın heyətində 54 oyun keçirib. Ayaz Quliyevin Tula "Arsenal"ına keçəcəyi gözlənilir.