BAKI, 26 yanvar. TELEQRAF

Turan Tovuz”un futbolçusu Rəhim Sadıxov Azərbaycan çempionatlarının yüksək dəstəsində 30-cu qolunu vurub.

Teleqraf Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubileyi Azərbaycan Premyer Liqasının XVII turuna təsadüf edib.

Sadıxov “Sumqayıt”la ev oyununda qələbə topunun müəllifi olub. O, 30-cu qolunu 185-ci matçında vurub. Yarımmüdafiəçi “Sumqayıt”da 17, “Zirə”də 10, “Turan Tovuz”da 3 dəfə fərqlənib.

Rəhim çempionatın tarixində yüksək liqada 30 və daha çox qol vuran 104-cü oyunçudur. O, eyni sayda fərqlənən Kamal Quliyev, Ceyhun Sultanov, Orxan Əliyev və Valter Quqlemonla 100-cü yerə şərikdir.