BAKI, 24 yanvar. TELEQRAF
Azərbaycan Premyer Liqasının XVII turu “Neftçi” üçün yubileylə əlamətdar olub.
Teleqraf Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar” “Zirə” ilə ev görüşündə qolsuz heç-heçə edib – 0:0.
Bu, “Neftçi”nin Azərbaycan çempionatlarında 100-cü belə matçı olub. Bakı klubu qolsuz heç-heçələrin sayında yalnız “Qarabağ”dan (107) geri qalır.
“Ağ-qaralar”ın ilk qolsuz matçı 1993-cü il martın 6-da “Turan”la ev qarşılaşmasına təsadüf edib.
Cari mövsümdə isə 4-cü dəfə belə nəticə qeydə alınıb. Paytaxt təmsilçisi 49 dəfə səfərdə, 1 dəfə neytral meydanda qolsuz oyunun iştirakçısı olan komanda 50-ci dəfə ev görüşünü 0:0 ilə tamamlayıb.