BAKI, 6 yanvar. TELEQRAF

“Xankəndi” Futbol Klubunda yeni kadr təyinatı həyata keçirilib.

Teleqraf klubun rəsmi sosial şəbəkə hesabına istinadən xəbər verir ki, türkiyəli mütəxəssis qarşılıqlı razılaşma əsasında klubun baş məşqçisi vəzifəsindən ayrılıb.

İbrahim Uzunca, “Xankəndi Futbol Akademiyası”nda uşaq futbolu üzrə koordinator vəzifəsinə təyin olunub. Yeni vəzifəsində 64 mütəxəssis klubun uşaq futbolunun inkişafı və akademiya sisteminin formalaşdırılması istiqamətində fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Xankəndi” Futbol Klubunun yeni baş məşqçisinin kimliyi ilə bağlı yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.