BAKI, 17 sentyabr. TELEQRAF

Lənkəran-Astara magistral yolunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, magistralın 154-cü kilometrliyində “Mercedes Vito” markalı avtomobil yük avtomobilinə çırpılıb. Qəza nəticəsində iki nəfər deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri xüsusi vasitələrlə 1961-ci il təvəllüdlü Gülnaz Yusub qızı Ağayeva və 1997-ci il təvəllüdlü Zaman Tərlan oğlu Nəsirovun meyitlərini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.