BAKI, 17 sentyabr. TELEQRAF

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan raket-tutucularının ehtiyatı kritik dərəcədə azalıb.

Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” (AP) Yaxın Şərq rəsmilərinə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Ər-Riyad Yəmənin “Ənsar Allah” hərəkatının raket və pilotsuz uçuş aparatlarının hücumlarının qarşısının alınmasında yardım üçün Böyük Britaniya, Misir, Pakistan və Fransaya müraciət edib.

AP bildirir ki, Səudiyyə Ərəbistanının əsas müttəfiqi və silah təchizatçısı olan ABŞ-ın öz hərbi ehtiyatlarının İranla müharibə fonunda azalması Ər-Riyadı alternativ dəstək axtarmağa vadar edib.

“Financial Times” daha əvvəl Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın husilərin hücumlarının qarşısını almaq üçün ABŞ Prezidenti Donald Trampdan hava müdafiəsi dəstəyi istədiyini, Vaşinqtonun isə İran istiqamətinə üstünlük verdiyini əsas gətirərək müraciəti qəbul etmədiyini yazıb.