BAKI, 17 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin sona yaxınlaşdığına ümid etdiyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp Tehran rəhbərliyinin Vaşinqtonla razılaşma əldə etmək istədiyini iddia edib.

ABŞ lideri müharibənin başa çatması istiqamətində irəliləyişə ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, ABŞ və İran arasında münasibətlər son dövrdə yenidən gərginləşib. Sentyabrın 16-da Çin xarici işlər naziri Van İ Vaşinqton və Tehranı təmkinli olmağa və danışıqları bərpa etməyə çağırıb.