BAKI, 17 sentyabr. TELEQRAF
Kanada Şimali Avropa ölkələrini birləşdirən Birləşmiş Ekspedisiya Qüvvələrinə (JEF) qoşulmaq üçün rəsmi müraciət edib.
Teleqraf xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karninin ofisi məlumat yayıb.
Bildirilib ki, qərar Karninin Liverpulda Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə keçirdiyi danışıqlardan sonra açıqlanıb. Tərəflər müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Görüşdə həmçinin Kanada və Böyük Britaniya arasında hərbi-sənaye əməkdaşlığı, eləcə də Böyük Britaniya, İtaliya və Yaponiyanın altıncı nəsil döyüş təyyarəsinin hazırlanması üzrə birgə proqramı ətrafında fikir mübadiləsi aparılıb. Kanada iyulda bu proqrama müşahidəçi qismində qoşulub.
Karni və Börnhem süni intellekt də daxil olmaqla qabaqcıl texnologiyalar sahəsində əməkdaşlığın gücləndirilməsi barədə də razılığa gəliblər.
2014-cü ildə yaradılan JEF-ə hazırda Böyük Britaniya, Danimarka, İslandiya, Latviya, Litva, Niderland, Norveç, Finlandiya, İsveç və Estoniya daxildir.