BAKI, 17 sentyabr. TELEQRAF
Şimali Koreya ABŞ və onun müttəfiqlərini nüvə müharibəsi aparmaq potensialını tədricən artırmaqda ittiham edib.
Teleqraf xəbər verir ki, bunu Şimali Koreya müdafiə nazirinin müavini Kim Qan İl XIII Syanşan Beynəlxalq Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib.
Kim Qan İl Koreya yarımadasında qarşıdurma və gərginliyin davam etməsinin əsas səbəbi kimi ABŞ və müttəfiqlərinin siyasətini göstərib.
Onun iddiasına görə, Vaşinqton son 80 ildə Pxenyana qarşı “düşmən siyasəti” yürüdüb və regionda nüvə müharibəsi üçün hərbi potensialını tədricən artırıb.